Orduda daha bir hadisə

Elnur Muradov adlı əsgər hərbçi yoldaşı Vurğun Əliyevi güllələyib

Azərbaycan Ordusunda silahlı insident olub. Hadisə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri Elnur Bəxtiyar oğlu Muradovun tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşı, əsgər Vurğun Mayis oğlu Əliyevə dəyib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır. Anspress

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31