Siyəzəndə 18 yaşlı gəncin faciəsi
Yolu keçən gənci maşın vurub
4 İyul 2014 12:19 KriminalBu gecə Siyəzən şəhəri ərazisində bölümlə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, qəza nəticəsində piyada ölüb. Belə ki, Seymur Qədirov idarə etdiyi "VAZ-2107" markalı, 90 LS 578 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyadanı vurub. Ağır yaralanan piyada xəstəxanaya gətirilsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Araşdırmalar zamanı ölən şəxsin 1996-cı il təvəllüdlü Vasif Mirzəyevi vurub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31