Ötən il qadınlara qarşı 1803 cinayət törədilib
Zorakılıqla bağlı cinayətlərin 713-ü qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində törədilib
4 İyul 2014 10:01 KriminalÖtən il qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara və yetkinlik yaşlarına çatmayanlara qarşı törədilən cinayətlər nəticəsində 30 qadın dünyasını dəyişibTrend-in məlumatına görə, bu haqda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi açıqlama yayıb. Məlumata əsasən keçən il belə cinayətlər nəticəsində 3 azyaşlı və 3 yeniyetmə ölüb.Ümumilikdə ötən il qadınlara qarşı zorakılıqla bağlı 1803 cinayət törədilib. Onların 51-i yetkinlik yaşına çatmayan qızlara qarşı olub. Zorakılıqla bağlı cinayətlərin 713-ü qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində törədilib. Onların da 27-si yetkinlik yaşına çatmayan qadınlara qarşı olub.Ötən il qısqanclıq, ailə münaqişəsi və s. məişət zəminində qadınlara və yetkinlik yaşlarına çatmayanlara qarşı törədilən cinayətlər nəticəsində 678 qadın, 5 azyaşlı, 25 yeniyetmə xəsarət alıb.