Bakıda oteldə 4 kişi bir qadını zorladı
Cəmilə adlı qadın tanımadığı kişilərin ona dərman verdiyini deyir
3 İyul 2014 14:13 KriminalBakının məşhur otelində zorlanma olub. Gənc qadın tanımadığı kişilər tərəfindən zorlanıb. Hadisə Nərimanov rayonu ərazisində yerləşən "Delux" otelində baş verib. Cəmilə adlı qadın Nərimanov Rayon Polis İdarəsinə şikayət edib ki, iyunun 30-da saat 16 radələrində Müjgan adlı xanımın vasitəsilə Həsən Əliyev küçəsi 119 ünvanındakı "Delux" otelinə gedib. Otelin 214 saylı otağında ona 4 nəfər tanımadığı kişi dərman içirdib, sonra isə növbə ilə zorlayıb. Nərimanov Rayon Polis İdarəsindən bildirilib ki, Cəmilə oteldə Müjgan adlı qadınla viski içib, sonra isə zorlanıb. Həmin qadına şübhəli şəxslər göstərilsə də, onları tanımadığını deyib. Hazırda araşdırma aparılır. Milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31