İrandan narkotika gətirilməsinin qarşısı alınıb
3 İyul 2014 13:16 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla ölkəmizə gələn Azərbaycan vətəndaşı Elşad Fətullayevin üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, yoxlama zamanı ondan iki ədəd bağlamada, xalis çəkisi 149,786 qram olan narkotik vasitə - tiryək və xalis çəkisi 28,778 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31