Prokuror 3 dayısını yandırana ömürlük cəza istəyib
2 İyul 2014 18:08 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 3 dayısını evin içərisində yandırıb öldürən Əsgəralı Abbasovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin ömürlük olaraq azadlıqdan məhrum edilməsini istəyib. Proses iyulun 7-də davam etdiriləcək.
Qeyd edək ki, Sumqayıt şəhər sakini, 1991-ci il təvəllüdlü Əsgəralı Abbasov dayıları - Dünyamalı Mirzəyev, Yadigar Mirzəyev və Ağamalı Mirzəyevin olduğu bağ evinin qapılarını bağlayaraq od vurub. Nəticədə onların üçü də tüstüdən boğularaq ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31