Azərbaycanda evləri qarət edən dəstə zərərsizləşdirildi
2 İyul 2014 17:29 KriminalAzərbaycanda mənzilləri qarət etməklə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Göygöl RPŞ və Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də Rima İsmayılovanın evindən 3500 dollar və 1320 manat, habelə qızıl əşyalarını Hilal Abdullayevlə birgə oğurlamış digər şəxs - Gəncə şəhər sakini Elçin Əliyev tutulub. H.Abdullayevin və E.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Ramiz Məmmədovun və Yaşar Bağırovun evlərindən pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31