“Azərbaycan Hava Yolları” QSC-dən 5 ay əvvəl oğurlanan avtomobil tapıldı
2 İyul 2014 17:28 KriminalBakıda "Azərbaycan Hava Yolları" QSC-dən 5 ay əvvəl edilən oğurluq hadisəsinin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 2-də Azərbaycan Hava Yolları QSC-nə məxsus "VAZ-2106" markalı avtomobili qaçırmış Bülbülə qəsəbə sakini Namiq Həşimov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31