AZAL-dan oğurluq
Cəmiyyətə məxsus avtomobil qaçırılıb
2 İyul 2014 16:51 Kriminal"Azərbaycan Hava Yolları" QSC-nə məxsus avtomobil oğurlanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, cəmiyyətə məxsus "VAZ-2106" markalı avtomobil oğurlanıb. Məlumat daxil olan kimi polis əməliyyata başlayıb. Xəzər rayon Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Azərbaycan Hava Yolları" QSC-nə məxsus "VAZ-2106" markalı avtomobili qaçıran şəxsin kimliyi məlum olub. Oğurluqda günahkar bilinən Bülbülə qəsəbə sakini Namiq Həşimov tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31