DİN polis əməkdaşının ölümü ilə bağlı məlumat yayıb
Polis əməkdaşını vuran şəxs artıq saxlanılıb
10 Avqust 2012 15:25 KriminalBakı-Astara magistral yolunda iki yük maşının toqquşması nəticəsində meydana gələn qəza zamanı hadisə yerində xidmət aparan bir polis əməkdaşı özü də qəzanın qurbanı olub. Belə ki, Qaradağ rayon polis idarəsi 11-ci polis bölməsinin baş serjantı 44 yaşlı Hacıyev Babagül Qədir oğlu yoldan keçən "Mitsubishi" markalı avtomobilin zərbəsi ilə üzləşib. Polis serjantı iş yoldaşları tərəfindən ağır vəziyyətdə xəstəxanaya çaidırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.Hadisə iləbağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb. Məlumata görə, avqustun 9-da saat 23.00 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində, Masallı rayon sakini Siyavuş Məmmədov "KamAZ" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Şəmkir rayon sakini Maluzər Əliyevin idarə etdiyi "KamAZ" markalı avtomaşının qoşqusuna vurub və qoşqu aşıb.Nəticədə S.Məmmədov hadisə yerində ölüb. Bununla əlaqədar hadisə yerinə gəlmiş Qaradağ RPİ 11-ci PB-nin rəisi Vüsal Qaraşov və RPİ-nin əməkdaşı Babagözəl Hacıyev həmin ərazidən keçən müəyyən edilməmiş avtomaşınla vurulub. B.Hacıyev hadisə yerində ölüb, xəsarət almış V.Qaraşova isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb. Görülmüş tədbirlər nəticəsində hadisənin "Mitsubishi-Pajero" markalı avtomaşının sürücüsü Ələt qəsəbə sakini Xasay İsmayılov tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub "OLAYLAR"