Bakıda biznes-ledi obyektində döyüldü

Bakıda bizneslə məşğul olan qadın gözlənilməz zərbə alıb. Milli.Az xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən mağazaya soxulan gənc oranın 56 yaşlı sahibi Təzəgül Musayevanı döyüb. Qadın özü Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə müraciət edərək bildirib ki, dünən saat 16 radələrində 30-35 yaşlı kişi onun Ş.Əzizbəyov küçəsi, 78 ünvanında yerləşən mağazasına girib. Qəflətən hücum edərək zərbələr vurub, sonra isə içərisində 180 manat olan kassanı götürüb qaçıb. Nəsimi Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, hazırda cinayətkarın tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri görülür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31