Bakıda 2 uşaq anasının Anna Kareninasayağı faciəsi: ərə xəyanət və həyatın dəmirdə qalan izləri...
2 İyul 2014 13:21 KriminalBakıda özünü binadan atan qadının qan içərisində olan şəkli sosial şəbəkələrdə yayılsa da, onun ölüm səbəbi çoxları üçün qaranlıqdır. İlk olaraq qadının özünü atdığı binanın sakini olduğu, ehtiyatsızlıqdan yıxıldığı ehtimal olunurdu. Lakin onun ayaqlarında ayaqqabı olması intihar versiyasını daha inandırıcı edirdi. Qadının intihar etmiş fotosu da sosial şəbəkələrdə yayılıb. Mənzillərdən birinin eyvanından çəkilmiş fotoda qadının yerdə qan içərisində meyiti görünsə də, aşağı mənzilin eyvanındakı kondisionerə diqqqətlə baxanda daha təsirli mənzərəni görməmək olmur. Kondisionerin üzərində qadının əl izləri aydın sezilir. Çox güman ki, qadın özünü binadan atsa da, yerə düşən anda kondisionerdən tutaraq xilas olmaq istəyib. Milli.Az cavan qadının özünə qarşı amansızlığının səbəbini araşdırıb. Mərhum xanımın intiharı rus yazıçı Lev Tolstoyun "Anna Karenina" romanında eyniadlı qəhrəmanın həyatı ilə oxşardır - ərə xəyanət...
Xətai Rayon Polis İdarəsindən Milli.Az məlumat əldə etdi ki, Nobel prospekti 9 ünvanında özünü binanın damından aşağı atan 42 yaşlı Mətanət Abbasovadır. Onun özünə qəsd etməsində ərinin şərəfi əsas amildir. İki uşaq anası olan M.Abbasova ərinə xəyanət etdiyindən özünü dünən binanın damından atıb.