Kürdəmirdə dəhşət, 3 yük maşını “07”ni tapdadı, ölən və yaralananlar var

Kürdəmirdə 3-ü yük maşını olmaqla 4 avtomobil toqquşub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLar"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 30-da saat 19 radələrində Kürdəmir rayonu Sığırlı kəndinin ərazisində Tovuz rayon sakinləri Müstəcəb İsgəndərovun idarə etdiyi "MAN", Niyaməddin Kərimovun idarə etdiyi "KamAZ", Şabran şəhər sakini Mehrab Məmmədtağıyevin idarə etdiyi "VAZ-21074" və "TİR" markalı avtomobillər toqquşublar. "TİR" markalı avtomobil hadisə yerini tərk edib. M.Məmmədtağıyevin sərnişinlərindən azyaşlı oğlu Yusif hadisə yerində ölüb, digər sərnişinləri - arvadı Ofeliya, qızları Günel və Mehriban, habelə N.Kərimov xəstəxanaya yerləşdiriliblər.

BDYPİ tərəfindən araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31