Goranboyda dəhşətli qəza, 3 nəfər öldü, bir nəfər yaralandı
1 İyul 2014 16:57 KriminalGoranboyda dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 30-da saat 10 radələrində Goranboy rayonu Borsunlu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Habil Qasımov idarə etdiyi "Toyota Land Cruiser" markalı avtomobili aşırıb. Sürücü və sərnişinəlrindən Bakı şəhər sakini Abgül Qasımov hadisə yerində ölüb, qardaşı Faiq və İlham Qasımov xəstəxanaya yerləşdirilib, Faiq orada ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31