Qazaxda narkotika plantasiyası aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Qazax RPŞ əməkdaşları tərəfindən Qarapapaq kəndi ərazisindən yabanı halda bitmiş ümumi çəkisi 1 ton 400 kiloqramdan çox 4250 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31