"Park Bulvar"da oğurluq edən şəxs tutuldu
Bakı şəhər sakini Rüfət Qəhrəmanov tutulub
1 İyul 2014 15:40 KriminalBakının "Park Bulvar" ticarət mərkəzində oğurluq edən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 25-də Səbail rayonu Bülbül prospektində naməlum şəxs Bakı şəhər sakini İsmayıl Orucova zor tətbiq edərək içərisində 50 manat və mobil telefonu olan pul kisəsini alıb. Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Rüfət Qəhrəmanov iyunun 30-da tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun iyunun 26-da "Park Bulvar" ticarət mərkəzində Bakı şəhər sakini Yadigar Ağayevə məxsus "KİA" markalı avtomobildən mobil telefon oğurlaması da müəyyən edilib.