İmişlidə gənc ailənin evi külə döndü

İmişlidə gənc ailənin evi yanıb külə dönüb. "OLAYLAR"ın məlumatına görə, hadisə rayonun Yuxarı Qaralar kəndində baş verib. Hadisə nəticəsində ev tamamilə bütün əşyaları ilə birlikdə yanıb. Hadisə nəticəsində ev sahibi 2 və 4 yaşlı qız uşağı və həyat yoldaşı ilə birlikdə küçədə qalıb.  Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirliyin yaydığı məlumata görə, Yuxarı Qaralar kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli üçotaqlı evin 2 otağının yanar konstruksiyaları 52 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31