DƏHŞƏT: əri döyən qadın özünü 4-cü mərtəbədən atdı

Naxçıvanda intihara cəhd olub

Hadisə Naxçıvan şəhərində qeydə alınıb. Fəridə Camalova həyat yoldaşı ilə aralarında yaranmış mübahisə zəminində intihar məqsədilə özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb. Nəticədə ağır xəsarətlər alan qadın xəstəxanaya yerləşdirilib. Məlumata görə, ər-arvad arasında düşən davaya F. Camalovanın internetdən istifadə etməsi səbəb olub. Belə ki, həyat yoldaşı F. Camalovanı buna görə vurub. Ərinin ona əl qaldırmasına dözməyən qadın özünü binadan atıb.  Apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31