Ağcabədidə 2 otaqlı ev yanıb

 Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsində vətəndaşa məxsus 2 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a daxil olan məlumata görə, nəticədə ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31