3 gün əvvəl kanalda batmış şəxsin cəsədi tapılıb
30 İyun 2014 17:34 Kriminalİyunun 28-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1998-ci il təvəllüdlü Elnar Elşən oğlu Məmmədov Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 120 km məsafədə, nəzarət olunmayan ərazidə) batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. E.Məmmədovun axtarışları başa çatmış və onun cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən təxminən 1500 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31