Ət xörəyindən heroin çıxdı
30 İyun 2014 17:08 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.1 maddəsinə əsasən həbs edilmiş şəxs Famil Şamil oğlu İsmayılova tanışı vətəndaş Məhəmməd Şəfaqət oğlu Atakişiyevin gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı sellofan paketə bükülərək ət xörəyinin içərisində gizlədilmiş xalis çəkisi 0.740 qram olan narkotik vasitə "heroin" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31