Azərbaycanda əsgər hərbçi yoldaşını qətlə yetirib
30 İyun 2014 12:47 KriminalAzərbaycan Ordusunda qətl törədilib. Hadisə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri Yaşar Əhədzadə aralarında yaranmış mübahisə zəminində əsgər yoldaşı İlkin Musayevə dəmir parçası ilə xəsarət yetirib. Nəticədə İ. Musayev aldığı xəsarətdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31