Bakıda yol polisini vurub öldürdülər

Bakıda yol polisinin ölümü ilə nəticələnən qəza baş verib. Bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb. "OLAYLAR"ın məlumatına görə, hadisə Ələt qəsəbəsində baş verib. Qəsəbədə "Kamaz" markalı 2 yük maşını toqquşub və nəticədə sürücülərdən biri hadisə yerində ölüb. Qəza ilə bağlı əraziyə gələn polis əməkdaşları yolda avtomobillərin hərəkətini tənzimləmək istəyərkən "Mitsubishi" markalı avtomobil ərazidəki polis çavuşu Babagül Hacıyevi vurub. Yol polisi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Yol polisini vurub öldürən sürücü saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31