Bələdiyyənin taxıl sahəsi yanıb

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Cəlilabad rayonu, Privolnoye kəndində bələdiyəyə məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Salyan şəhərində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 1,5 ton ot bağlamasının 750 kq-ı yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31