Dənizdə batan 2 nəfər xilas edilib

Avqustun 9-da  Abşeron rayonu ərazisində dənizdə  batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub. "Olaylar"ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, xilasetmə işləri günorta saatlarında başa çatıb. Məlumatda o da bildirilir ki, hadisə "Novxanı" sularda xilasetmə məntəqəsindən, təxminən, 2 km məsafədə, nəzarət olunmayan ərazidə qeydə alınıb."OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31