Bakıda çimərlikdə dincələnlər dəhşət yaşadı
İstirahət mərkəzində asılmış kişi meyiti tapılıb
26 İyun 2014 13:46 KriminalBakının Xəzər rayonu ərazisində çimərlikdə dəhşətli anlar yaşanıb. Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Hövsana gedən yolda, çimərlik ərazisindəki istirahət mərkəzlərinin birində asılmış kişi meyiti tapılıb.
Həmin kişinin 35 yaşlarında olduğu bildirilir. İlkin ehtimala görə, həmin şəxs intihar edib.
Hələlik meyitin şəxsiyyəti bəlli deyil.
Faktla bağlı araşdrıma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31