Bağlamadan heroin çıxdı
25 İyun 2014 17:15 KriminalAstara Gömrük İdarəsinin sərnişin şöbəsi ökəmizə narkotik vasitə keçirilməsinin qarşısını alıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Səadət Abbasovanın üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı ondan iki ədəd bağlamada, xalis çəkisi 500,104 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31