Daxili işlər orqanları narkotiklərlə bağlı bir neçə əməliyyat keçirib

Daxili işlər orqanları tərəfindən narkotiklərlə mübarizə tədbirləri çərçivəsində bir neçə əməliyyat keçirilib

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 24-də Bakının Nizami Rayon Polis İdarəsi 23-cü və 24-cü Polis Bölmələri əməkdaşları tərəfindən narkotik vasitəsi ilə tutulmuş Qabil Məhərrəmovun evinə baxış zamanı 1 kiloqram 0,15 qram tiryək aşkar edilərək götürülüb. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini Kamran Əzizovdan 1 kiloqram 53 qram marixuana götürülüb. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Tovuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən isə Dondar Quşçu kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 ton 126 kiloqram olan 3216 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31