Avtobusda 15 yaşlı qızı zorlayan manyaka kimlər haqq qazandırır?
Marşrut sahibi niyə canfəşanlıq edir?
25 İyun 2014 15:08 KriminalBakıda daha bir biabırçı və utanc gətirən hadisə baş verdi. Paytaxtda fəaliyyət göstərən marşrut avtobusunun sürücüsü 15 yaşlı qızı zorlayıb. Bu dəhşətli hadisənin baş verməsi bir tərəfə, hadisə ilə bağlı verilən açıqlamalar adamı daha da şoka salır. Rəsmi məlumat belədir. Nəsimi rayonu, Qutqaşenli küçəsində yaşayan K.V. polisə müraciət edərək 15 yaşlı qızı L.V.-nin 13 saylı marşrut avtobusunda zorlandığını deyib. Onun sözlərinə görə, iki gün əvvəl yoxa çıxmış qızını iki gündən sonra Süleyman Sani Axundov küçəsində 13 saylı avtobusda tapıb. Qızı ona tanımadığı sürücülər tərəfindən zorlandığını bildirib.Təcavüzə məruz qaldığı iddia edilən qızın məktəbli olduğu deyilir. Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır. Yasamal RPİ-nin 28-ci polis bölməsinin rəisi Hüseyn İmanov bildirib ki, valideynin şikayəti əsasında araşdırmaya başlanıb və qız ekspertizaya göndərilib. Ekspert rəyindən sonra qızın təcavüzə məruz qalıb-qalmaması bilinəcək. Bölmə rəisinin sözlərinə görə, ola bilsin, fakt təsdiqini tapsın. H.İmanov qeyd edib ki, əqli cəhətdən problemləri olan L.V. hadisədən bir gün əvvəl evdən gedib. Səhəri gün saat 10 radələrində anası onu avtobusda tapıb.15 yaşlı qızın zorlanması ilə bağlı məsələdə qaranlıq məqamlar ortaya çıxıb. Zorlanmanın baş verdiyi iddia olunan 13 saylı marşrutun Zamin adlı kalon rəisi bununla bağlı açıqlama verib. Açıqlamada bildirilib ki, hadisə avtobusda olmayıb. Qızı zorlayan şəxs Rəşad adlı sürücüdür. O, atası ilə həmin avtobusda işləyib. Həmin qız Rəşad avtobusda işləyən gün onunla iki dövrə vurub. Sonra isə zorlama olub, amma hadisə avtobusda ola bilməz. İşi araşdıran Yasamal RPİ-nin 28-ci polis bölməsinin təhqiqatçısı Vüqar Babanlı bildirib ki, qızın Binəqədi rayonu ərazisində yerləşən çayxanalardan birində zorlandığı deyilir. Hələlik hadisə yerinə baxış keçirilməyib. Ola bilsin, işin sonrakı istintaqını Binəqədi Rayon Polis İdarəsi aparsın. Bu rəsmi açıqlamadı. Qeyri-rəsmi isə...
İlk əvvəl başlayaq sürücünün işlədiyi 13 saylı marşrutun kalon rəisinin biabırçı açıqlamasından. 15 yaşlı qız vəhşicəsinə zorlanıb, həyatı məhv edilib. Amma, açıqlamaya baxın.
Kalon rəisinin qıcıqlandırıcı açıqlaması
Kalon rəisi deyir ki, hadisə avtobusda olmayıb, narahat olmayın. İnsan nə qədər məsuliyyətsiz olar və bu boyda utanc gətirən hadisəyə soyuqqanlıqla münasibət bildirər. Hadisənin məqsədi məgər harda olmaq, məkan seçməkdir? Nə dəxli var ki, avtobusda oldu, trolleybusda oldu, balaca maşında oldu və ya kafedə oldu. Fakt 15 yaşlı qızın sürücü tərəfindən bədbəxt edilməsidir. Fakt odur ki, həmin sürücü gün ərzində yüzlərlə qız və qadın daşıyır, minlərlə qadının həyatı onun əlindəki sükandan asılıdır. Elə həmin 15 yaşlı qız kimi. Bu qız da harasa getmək üçün həmin avtobusdan istifadə edib. Amma, bilməyib ki, həmin avtobusun sürücüsü manyakdır və onu nələr gözləyir. Nəticə isə göz qabağındadır. Sürücü 15 yaşlı qızın gücsüzlüyündən və kimsəsizliyindən istifadə edərək zorlayıb. Marşrutun kalon rəisi isə indi məsuliyyəti öz üzərindən atmaq istəyir. Ona görə də hər cəhdlə çalışır ki, məsələdən marşrutun məsuliyyətini yayındırsın. Bu insan dərk eləmir ki, bu işdə günahın böyük bir hissəsi elə marşrut sahibindədir. Yəni, marşrut sahibi araşdırmadan, insanın psixi durumunu yoxlamadan onu sürücü qəbul edir və yüzlərlə, minlərlə insanın həyatını həmin sürücüyə həvalə edir. Marşrut sahibi ən azından dərk etməlidir ki, onun təhkim etdiyi sürücünü ictimaiyyət arasına çıxarır və sutka ərzində sərnişinlərlə təmasda olur. O sərnişinlər ki, onların arasında həmin marşrut sahibinin və marşrut işçilərinin yaxınları, qohumları da var. Amma, nə marşrut sahibi, nə də həmin açıqlamanı utanmadan verən kalon rəisi bunları dərk etmir. Dərk etmir ki, bu gün həmin qızın başına gətirilən hadisə sabah onun da yaxınlarının başına gələ bilər. Həmin qızın başına gətirilənlər həmin marşrutdan istifadə edən bütün qadınların başına gətirilər. Bu manyak sürücüdən nə istəsən gözləmək olar.
Oğlanı qız zorlamağa kim şərait yaradıb?
Zamin adlı həmin kalon rəisinin açıqlamasındakı digər məqam: "Qızı zorlayan şəxs Rəşad adlı sürücüdür. O, atası ilə həmin avtobusda işləyib. Həmin qız Rəşad avtobusda işləyən gün onunla iki dövrə vurub. Sonra isə zorlama olub". Fikir verin. Həmin manyak sürücü deyil, sadəcə atası sürücüdü. Bu şəxs isə atası ilə birlikdə marşrutda konduktor işləyib. Amma, həmin günü atası da yanında olmayıb və avtobusu özü idarə edib. Və həmin gün də qızı zorlayıb. Maraqlıdır, ata avtobusu oğluna verib ki, sən qızı yola gətir, sonra təzədən avtobusu qaytar? Belə çıxır ki, bu işdə həmin oğlanın atasının da günahı var və bu qıza qarşı qurulma işdir. Yaxşı əgər oğlan qızı avtobusda zorlamayıbsa, onlar kafeyə gedəndə avtobusu marşrutdan necə çıxarıb? Bəs həmin vaxt avtobusu həmin oğlandan kim təhvil alıb? Yəqin ki atası. Demək bu iş əvvəlcədən planlaşdırılan bir tələ olub və qız həmin tələyə düşüb.
İstintaq mütəşəkkil dəstəni məsuliyyətə cəlb etməlidir
İstintaqın araşdırmalı olduğu digər məqam isə sürücülük hüququ olmayan bu şəxsin marşrutu necə idarə etməsidir. Bəli, əgər bu şəxs sürücü deyilsə, həmin vaxt atasından avtobusu necə alıb və idarə etməyə ona kim icazə verib. Məlum məsələdir ki, bu gün paytaxtda marşrut avtobuslarının əksəriyyətində sürücülük hüququ olmayan şəxslər var. Bu şəxslər heç bir sürücülük kursları keçmədən, sürücülük vəsiqəsi olmadan avtobus idarə edir. Sahibkarlar isə bu məsələyə diqqət yetirmir. Gün ərzində minlərlə insanın həyatı ilə oynayan həmin sahibkarlar milyonlarını artırmaq üçün sərnişinlərin həyatından istifadə edir. İnsanların daşınmasını yoxlanılmamış, psixi durumu məlum olmayan, kimliyi belə bilinməyən şəxslərə həvalə edən sahibkar indi cavab verməlidir. İstintaqa təkcə həmin manyak oğlan deyil, ona bu şəraiti yaradan sürücü atası cavab verməlidir, marşruta cavabdeh olan şəxslər məsuliyyət daşımalıdır. 15 yaşlı qızın həyatını məhv edən təkcə o oğlan deyil, o oğlana bu işi görməyə şərait yaradan mütəşəkkil dəstə birlikdə məsuliyyətə cəlb olunmalı, qanun qarşısında cavab verməlidir.
Samir