Bərbərxana yandı, hüquq məsləhətxanası mühafizə edildi

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus bərbərxanada yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 20 kv.m olan bərbərxananın dam örtüyü 2 kv.m sahədə, 1ədəd kondisioner, 10 kv.m əraziyə yığılmış taxta tullantılar və yaxınlıqdakı hüquq məsləhətxanasının lambirdən ibarət üzlüyü 3 kv.m sahədə yüskək temperaturdan əriyib. Bərbərxananın qalan hissəsi və hüquq məsləhətxanası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31