Xətaidə 3 mərtəbəli villa yanıb
25 İyun 2014 13:01 KriminalBakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus 3 mərtəbəli villada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 500 kv.m olan üçmərtəbəli yaşayış evinin 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 160 kv.m olan idman zalının yanar konstruksiyaları 40 kv.m və saunanın taxta üzlüyü 6 kv.m (ümumi 46 kv.m) sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31