Dəmir yolunda 8 vaqon aşdı

 Ağstafada yük qatarı qəzaya uğrayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 23-də saat 07 radələrində Ağstafa Dəmir Yolu Stansiyasının ərazisində 8 vaqon (onlardan 5-nin yükü sement, 3-ü isə boş olub) aşıb. Yük dağılmamış, vaqonların relsə qaldırılması üçün tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31