Lənkəranda saxta əskinas alverçiləri yaxalandı
24 İyun 2014 17:47 KriminalLənkəranda külli miqdarda saxta əskinas hazırlayan mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Liman şəhərinin ərazisində Bakı şəhər sakini Cavidan Həsənovdan və Şərur rayon sakini Əsgər Abbasovdan 343 ədəd 50 manatlıq, 26 ədəd 100 manatlıq saxta əskinas aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31