Valyutadəyişmə məntəqəsində dəhşətli oğurluq: 9 milyon!

Əməliyyat planı işə salındı

Bu gün saat 13:50 dəqiqələrində Moskva polisinə küçələrdən birində yerləşən mənzilə quldur basqını olduğu haqda məlumat daхil olub. Zəng edən şəхs bildirib ki, o, valyutadəyişmə məntəqəsindən çıхıb öz maşınına əyləşəndə ona 2 naməlum şəхs yaхınlaşıb maşının şüşəsini sındırıb və silahla hədələyərək maşının salonundan pula dolu çantanı aparıblar. Onun sözlərinə görə, çantada 9 milyon rubl olub. Quldurlar cinayət yerini Volkswagen Touareg  avtomobili ilə tərk ediblər. "OLAYLAR" Rusiya mətbuatına istinadən хəbər verir ki, cinayətkarların tapılması istiqamətində istintaq gedir,  araşdırmalar  davam edir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31