İrandan 30,552 qram heroin keçirmək istədi

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Cavanşir Məmmədovun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı ondan bir ədəd bağlamada, xalis çəkisi 30,552 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31