İrandan xeyli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan şəxslərin məhkəməsi başlayıb
9 Avqust 2012 18:21 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana xeyli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan Nərgiz Hacıyeva, Malik Rəhimov, Soltan Heydərov, İlqar Alışovun məhkəməsi başlayıb."Azadinform" xəbər verir ki, prosesdə dövlət ittihamçısı Vüqar Quliyev ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər ifadə verərək, özlərini qismən təqsirli bildiklərini deyiblər. Proses avqustun 23-də davam etdiriləcək.
İttihama görə, Nərgiz Hacıyeva, Malik Rəhimov, Soltan Heydərov, İlqar Alışov qabaqcadan əlbir olaraq İran ərazisində satış məqsədilə qanunsuz əldə etdikləri xeyli miqdarda narkotik vasitəni gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə İrandan Azərbaycana gətiriblər. Qrupun üzvləri saxlanılan zaman onlardan 2 kiloqram 600 qramdan artıq heroin aşkar edilərək götürülüb.