Bakıda avtobus qəza törətdi, 10 nəfər yaralandı

 Daxili İşlər Nazirliyi Bakıda baş verən avtobus qəzası ilə bağlı məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 20-də saat 15 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində İran vətəndaşı Vəli Sərbazın idarə etdiyi "Howo" markalı yük avtomobili ilə Bakı şəhər sakini Elşən Allahverdiyevin idarə etdiyi "İveco" markalı 196 saylı xətt avtobusu toqquşub. E.Allahverdiyevin 10 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib. Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31