Gəncədə daha bir qumarxana ifşa olundu

Gəncədə növbəti qumarxana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Elvin Əliyevin Ş.İ.Xətai prospektində yerləşən çay evində qanunsuz lotoreya oyunları təşkil etməsi müəyyən edilib. Çay evinə baxış zamanı 300 manat, "Lpos" markalı aparat, 1 ədəd televizor, 1 ədəd noutbuk, oyun və uduş çekləri aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31