Azərbaycanda 3 yerdə narkoplantasiya aşkarlandı

Azərbaycanda daha üç rayonda narkotika plantasiyası aşkarlanıb. Bu barədə Daxili İşlər Naziliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisindən çəkisi 1 ton 930 kiloqram 3200 ədəd, Şəmkir RPŞ əməkdaşları rayonun Düyərli kəndi ərazisindən  çəkisi 1 ton 774 kiloqram olan 3286 ədəd, Ağdaş RPŞ əməkdaşları tərəfindən Mürsəl kəndi ərazisindən çəkisi 2 ton 820 kiloqram olan 4670 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31