İmişlidə dəhşətli qəza, 2 ölü, 6 yaralı

İmişlidə dəhşətli yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 22-də saat 19 radələrində İmişli rayonu Qulubəyli kəndinin ərazisində Kürdmahmudlu kənd sakini Rövşən İbişovun idarə etdiyi "VAZ-2107" və Qubadlı rayon sakini Rövşən Məmmədovun idarə etdiyi "Runna" markalı avtomobillər toqquşub. R.İbişovun sərnişini - Bakı şəhər sakini Gülmirə İsmayılova, R.Məmmədovun sərnişinlərindən - Hacıalmuradlı kənd sakini Rafiq Muradov hadisə yerində ölüb, hər 2 sürücü və R.Məmmədovun digər sərnişinləri - Bakı şəhər sakinləri Zeynəb Ziyadxanova, onun bacısı Səkinə, Qumru Ziyadxanlı və Vəsilə Yusifova xəstəxanaya yerləşdiriliblər. İmişli RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31