Məhbusa üz kremində telefon keçirmək istədi

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin bir neçə maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Telman Qufran oğlu Bayramova xalası oğlu Üzeyir Mütəllim oğlu Ağarabizadənin gətirdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı "Jilet" üz kreminin içərisinə xüsusi üsulla yerləşdirilmiş daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və ona məxsus 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. "OLAYLAR"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31