Azərbaycanlı nənənin "havalı" bostanı
23 İyun 2014 13:39 KriminalNarkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı Lənkəran və Kürdəmir polis şöbələri əməliyyatlar keçiriblər. Nəticədə çətənə kollarının becərilməsi ilə məşğul olan rayon sakinləri saxlanılıb. Milli.Az CTV-yə istinadən bildirir ki, Lənkərandakı əməliyyat Şürük kəndində, kənd sakini, 51 yaşlı Əminə Kazımovaya məxsus həyətdə aparılıb. Əməliyyat zamanı torpaq sahəsində hündürlükləri 1 və 1,5 metr olan, aqrotexniki qaydada qulluq olunmuş 15 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Əminə Kazımova şübhəli şəxs qismində saxlanılıb. Hazırda əməliyyatçılar onun çətənə kollarını hardan, hansı məqsədlə əldə etdiyini araşdırırlar. Kürdəmir Polis Şöbəsinə isə rayon sakini Gündüz Kərimovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu haqda məlumat daxil olduqdan sonra dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəticədə polis bölməsinin əməkdaşları Gündüz Kərimovu elə iş başında yaxalayıblar. Adı çəkilən şəxsdən həmçinin bir ədəd qanunsuz olaraq saxladığı 16 mm-lik qoşalülə ov silahı və ona aid 30 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs həmin narkotik vasitəni çöl sahədə özünün əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini etiraf edib. Hər iki faktla bağlı araşdırma aparılır