Bu ilin 5 ayında 473 kiloqramdan artıq narkotik maddə müsadirə olunub

2014-cü ilin 5 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1527 fakt aşkar edilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi  473 kq  160, 757  qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub.   "OLAYLAR"-ın Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına istinadən verdiyi xəbərə görə, göstərilən müddət ərzində Xaş-Xaş 2014 şərti adı altında keçirilən əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində 18 ton 812 kq 732 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib. Daxili İşlər Nazirliyi tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində narkotik vasitələrlə  bağlı  1419 fakt üzrə  254 kq 191,730 qr narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb, 18 ton 812 kq 732 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsinə qarşı keçirilmiş tədbirlər nəticəsində 14 fakt üzrə 77 kq 435,39 qr narkotik vasitələr və psixotrop maddələr, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 33 fakt üzrə 296,223 qr narkotik vasitələr, Dövlət Gömrük Komitəsi tərəfindən 48 fakt üzrə  43 kq 418,576 qr narkotik vasitələr və psixotrop maddələr, Dövlət Sərhəd Xidməti tərəfindən isə 13 fakt üzrə  97 kq 818,838 qr narkotik vasitələr  qanunsuz dövriyyədən çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31