Bakıda şirkət əməkdaşı arxadan vuruldu
23 İyun 2014 11:02 KriminalBakıda şirkət əməkdaşı özünü sənədlərin güdazına verib. İşlədiyi cəmiyyətin sənədlərinin qorumaq istəyərkən arxadan vurulub."Bakısərnişinnəqliyyat" MMC-nin əməkdaşı olan 30 yaşlı Coşğun Dəmirov gecə saat 04 radələrində evə qayıdarkən naməlum şəxsin hücumuna məruz qalıb. Xətai Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, İ.İsmayılov küçəsində onun qarşısını kəsən şəxs əlində olan şirkət sənədlərini alaraq qaçıb. C.Dəmirov həmin şəxsin arxasınca qaçıb sənədi geri almaq istəyərkən başına küt alətlə zərbə endirilib.Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31