Toydan qayıdanlar qəzaya düşdülər: 2 ölü, 5 yaralı

İmişli rayonunda dəhşətli yol qəzası baş verib. APA TV-nin məlumatına görə, qəza  nəticəsində 2 nəfər  ölüb, 5 nəfər yaralanıb.Hadisə Hacıqabul-Horadiz avtomobil yolunun İmişli rayonunun Qulubəyli kəndindən keçən hissəsində qeydə alınıb.İmişli sakini Rövşən İbişov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə İmişli istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Rövşən Məmmədovun idarə etdiyi "AzSamand" markalı minik maşını ilə toqquşub. Zərbədən sonra "AzSamand" idarəetməni itirərək yolun kənarına yuvarlanıb, VAZ 2107 isə qarşıda  hərəkətdə olan yük maşınına çırpılıb. Qəza nəticəsində VAZ 2107-də olan sərnişin, İmişli sakini Rafiq Muradov  və  "AzSamand"da   olan sərnişin, 40 yaşlı, Bakı sakini  Gülmirə İbişova hadisə yerində dünyasını dəyişib. Hər iki sürücü  və  "AzSamand"-da   olan digər sərnişinlər  - 41 yaşlı Zeynəb Ziyadxanova, 13 yaşlı Qumru Ziyadxanova və 41 yaşlı Vəsilə Yusifova müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan Vəsilə Yusifova reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir. Digər  yaralılar isə Bakıdakı xəstəxanalara göndəriliblər.İlkin məlumata görə,  "AzSamand" markalı avtombildə olanlar toydan qayıdırlarmış.Faktla bağlı  araşdırma aparılır

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31