Bakı metrosunda "namus" davası dəbə minir?

Bu gün Bakı metropolitenində daha bir qalmaqallı olay yaşanıb.Milli.Az-ın müxbiri bildirir ki, bir neçə dəqiqə əvvəl "Həzi Aslanov" - "İşərişəhər" istiqamətində hərəkət edən qatar "Gənclik" və "28 May" stansiyaları arasında tuneldə dayanıb. Bu zaman 20-22 yaşlı bir oğlan 35 yaşlarında xanıma söykənib. Qadın səs-küy salaraq etirazını bildirib. Qatar platformaya yaxınlaşan kimi bir neçə gənc həmin oğlanı vaqondan düşürüb. Xanım onu polisə vermək istəsə də, həmin oğlanlar buna icazə verməyib adamı metrodan çıxarıblar.Xatırladaq ki, dünən də metroda oxşar hadisə baş vermişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31