Bakıda zəncirvari qəza: xəsarət alanlar var
Nobel prospektində böyük tıxac yaranıb
19 İyun 2014 19:26 KriminalYol Bakıda zəncirvari qəza baş verib. Nobel prospektində baş verən yol qəzasında xəsarət alanlar olub. Belə ki, Nobel prospektinin Zığ qəsəbəsindən şəhər istiqamətinə gedən hissəsində, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından yanında "Toyota Corolla" markalı avtomobil idarəetməni itirərək, yolun ortasındakı maneəni də aşaraq əks istiqamətli hərəkət zolağına çıxıb və nəticədə "Opel" markalı avtomobillə toqquşub. Daha sonra həmin yolla hərəkətdə olan "Mercedes" markalı avtomobil "Opel"lə toqquşan "Toyota Corolla"ya çırpılıb. Bu qəza prospektin Zığdan şəhərə gedən istiqamətində böyük tıxaca səbəb olub. Anspress
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31