Şəmkirdə avtoqəzada ölən şəxsin meyiti kanaldan tapılıb

Şəmkirdə kanaldan meyit tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 18-də Şəmkir rayonunun Təzəkənd kəndi ərazisindən keçən kanalda Sumqayıt şəhər sakini Abbas Köçərlinin meyiti tapılıb. Araşdırmalar zamanı A.Köçərlinin iyunun 16-da baş vermiş yol-nəqliyyat hadisəsi zamanı kanala düşməsi müəyyən edilib.
Sabirabadda faciə, ata azyaşlı oğlunu maşınla vurub öldürdü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31