Qaxda gürcü qardaşının evinə od vurdu
19 İyun 2014 17:43 KriminalQaxda iki gürcü qardaşın mübahisəsi evin yanması ilə nəticələnib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, iyunun 17-də saat 19 radələrində Qax rayonunun Gürcü Kötüklü kənd sakini Mediko Babacanaşviliyə məxsus evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə münaqişəsi zəminində törətmiş onun qardaşı İosif tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31