Bir gündə 3 narkobaron ələ keçdi

 Azərbaycan polisi bir gündə 3 narkotika alverçisini yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Məlikovdan 2 kiloqram 913,7 qram tiryək götürülüb. Həmin gün Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sarov kənd sakini Kamal Heydərovun evinə baxış zamanı  6 kiloqram 711 qram marixuana aşkar edilərək götürülüb. İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Nadir Məmmədovdan 1 kiloqram 430 qram marixuana götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31